Cənazə üçün namaz qılmağın və cənazəni müşayiət etməyin fəziləti

    15.04.2015

Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim cənazə üçün namaz qılıb onu müşayiət etməzsə bir qirat, müşayiət edərsə iki qirat savab qazanar. Orada olanlar: İki qirat nə qədərdir? – deyə soruşdular. Peyğəmbər (S.A.V.) dedi: Ən kiçiyi Uhud dağı böyüklükdədir»[1].
Cənazəni müşayiət etmək haqqında vəd olunan savab qadınlara deyil, kişilərə aiddir. Belə ki, Peyğəmbər (S.A.V.) qadınlara cənazəni müşayiət etməyi qadağan etmişdir. Bu qadağa deyilən əməlin məkruh olmasına dəlalət edir. Demək Ummu Atiyyə (A.R.O.) deyir ki, «Bizə cənazəni müşayiət etmək qadağan olundu, amma haram edilmədi»[2].
 

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6355. Müslim: 2/ 653/ № 945.
[2] Buxari: 3/ 144/ № 1278. Müslim: 2/ 646/ № 938. Əbu Davud: 8/ 449/ № 3151. İbn Macə: 1/ 502/ № 1577.