Adı çəkiləcək hallarda, zərurət olmadan, dəfn etmək olmaz

    15.04.2015
  1. Uqbə ibn Amir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər»[1].
  2. Cabir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) vəfat etmiş səhabələrindən birinin, ondan xəbərsiz yarımçıq kəfənlə kəfənlənib gecə vaxtı basdırılmasını xatırlatdı və meyit üçün cənazə namazı qılmadan onun gecə vaxtı basdırılmasını qadağan etdi. Yalnız bunu etməyə məcbur olan insanın istisna olduğunu bildirdi»[2].

Əgər kimsə meyiti gecə vaxtı dəfn etmək məcburiyyətində qalsa, bunu edə bilər. Bu vaxt dəfn etmək rahat olsun deyə, çıraqdan istifadə etmək və çıraqı qəbirə daxil etmək olar. Buna əsas İbn Abbasın (A.R.O.) hədisidir. O deyir ki, «Peyğəmbər (S.A.V.) bir nəfər kişini gecə vaxtı dəfn etdi və (dəfn işlərinin rahat aparılması üçün) qəbirdə çıraq da yandırdı»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1233. Müslim: 1/ 568/ № 831. Əbu Davud: 8/ 481/ № 3176. Tirmizi: 2/ 247/ № 1035. Nəsai: 1/ 275. İbn Macə: 1/ 486/ № 1519.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1787. Müslim: 2/ 651/ № 943. Əbu Davud: 8/ 423/ № 3132. Nəsai: 4/ 33.
[3] Hədis həsəndir. əl-Cənaiz: səh. 141. Tirmizi: 2/ 260/ № 1063.