Ümrə

    15.04.2015

Ümrə, ən şərəfli və ən əfzəl ibadətlərindəndir. Belə ki, bu ibadətlə Allah təalə bəndələrinin dərəcələrini yüksəldər, günahlarını əfv edər. Peyğəmbər (S.A.V.) də söz və əməllə insanları bu ibadətə təşviq etmiş və demişdir: «Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir»[1].
Həmçinin digər hədisdə deyilir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur»[2].
Eləcə də Peyğəmbər (S.A.V.) özü ümrə etmiş, səhabələri də onunla bərabər sağlığında həcc etmiş və bundan sonra da onu davam etdirmişlər[3].

 
[1] Buxari: 3/ 597/ № 1773. Müslim: 2/ 983/ № 1349. Tirmizi: 2/ 206/ № 937. Nəsai: 5/ 115. İbn Macə: 2/ 964/ № 2888.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2899. Tirmizi: 2/ 153/ № 807. Nəsai: 5/ 115.
[3] İrşadus Səri.