Ümrənin vacib əməlləri

    15.04.2015

Ümrə etmək istəyən şəxs miqata qədər olan ərazilərdə yaşayırsa onda miqatda ihrama girməlidir. Əgər o miqatdan sonrakı yerlərdə yaşayırsa onda öz evindən ihrama girməlidir. Amma Məkkədə yaşayanlar isə oradan kənara çıxmalı və sonra ümrəyə niyyət etməlidirlər. Belə ki, Peyğəmbər (S.A.V.) Aişəyə Tənim adlı yerdən ihrama girməyi əmr etmişdi[1].
 

 
[1] Buxari: 3/ 606/ № 1784. Müslim: 2/ 880/ № 1212. Əbu Davud: 5/ 474/ № 1979. Tirmizi: 2/ 206/ № 938. İbn Macə: 2/ 997/ № 2999.