əl-Ğarar alış verişi (risk və ya qumar ehtimalının olması)

    15.04.2015

əI-Ğarar alış-verişi: Bu, naməlumluq, risk və ya qumar ehtimalı olan alış-veriş növüdür.
Əbu Hureyrə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) əl-Həsat (daş atıb təxmin etmək) və əl-Ğərər alış-verişini qadağan etmişdir»[1].
İmam Nəvəvi (Allah ona rəhmət etsin) "Şərhu Səhih Muslim" əsərində (10/ 156) deyir: «Əl-Ğərər alış verişinin qadağan edilməsi "Buyu" (alış-veriş) fəslinin ən önəmli əsaslarından biridir. Elə buna görə İmam Muslim bu haqda olan hədisləri önə çəkmişdir. Bu növ alış-verişə saysız-hesabsız növlər daxildir. Məsələn, əl-Abiq, əl-Mədum, əl-Məchul, çatdırmaq imkanı olmayan malı satmaq, satıcının sahibi olmadığı əşyanı satması, böyük suda olan balıqları, döşdəki südü, bətndəki doğulmamış heyvanı, yığının məchul hissəsini, yaxud paltarlardan və ya qoyunlardan müəyyən edilməmiş birini satmaq və s. bu kimi alış-verişlər batildir. Çünki burada ehtiyac olmadan "Ğərər" edilir.
Daha sonra deyir: Əgər Ğərər etməyə zərurət yaranarsa və ondan yayınmaq çətinlik yaradarsa və Ğərər elə də böyük ölmazsa alış-veriş etmək olar. Elə buna görə bütün müsəlmanlar toxunma paltarların satılmasına razılıq vermişlər. Hətta onun toxunmasını görməsə də bu, icazəlidir. Əgər paltarın təkcə toxunmasını satsa, bu satış düzgün sayılmaz.
Bilin ki, əl-Mülaməsə, əl-Münabəzə, Həbəlul-Həbələ, əl-Həsat, Asəbul Fəhl və bu kimi xüsusi dəlillərlə qeyd olunan alış-veriş növləri əl-Ğərər qadağasına daxildir. Bu növlərin ayrıca qeyd olunmasına və qadağan edilməsinə səbəb, cahiliyyət dövrünün məşhur alış-verişləri olduğuna görədir. Daha doğrusunu Allah bilir» (müxtəsər edilmişdir).

 
[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 939. Əl-İrva: № 1294. Müslim: 3/ 1153/ № 1513. Tirmizi: 2/ 349/ № 1248. Əbu Davud: 9/ 230/ № 3360. İbn Macə: 2/ 739/ № 2194. Nəsai: 7/ 262.