Duaları əzbərləyənə qədər transkripsiyasını və ya öz dilimizdə oxumaq olarmı?

    23.05.2015
Kimdən: 
Taryel
Sual: 
Salam. Duaları əzbərləyənə qədər vərəqdən oxumaqla və ya öz dilimizdə etməklə oxumaq olarmı? Həmçinin mən duanın mənasını öz başa düşdüyüm dildə oxuyanda məğzini anladığım üçün, digər tərəfdən isə latın hərifləri ilə olan amma ərəb sözləri ilə yazılan duaların(məs: Allahummə inni əsəlukə rizqan tayyibən, va ilmən nəəfiən va amalən mutəqabbilən) düzgün tələffüz olunmasına və orada da duanın düzgün yazılmasına tərrəddüdlü olduğumu da nəzərə alaraq bir necə məsləhətli yol göstərməyinizi də sizdən xahiş edirəm. Əvvəcədən təşəkkürümü bildirirəm.
Cavab: 

Aleykum salam. Əzbərləyənə qədər duaları vərəqə baxıb oxumaq olar. Quran və sünnədə bildirilmiş duaları ərəb dilində etmək daha yaxşıdır, digər duaları isə öz dilimizdə edə bilərsiniz. Qeyd etdiyiniz dua isə belədir: "Allahummə, inni əs'əlukə ilmən nəfiən va rizqan tayyibən va amələn mu­təqab­bilən - Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm! Bu dua sübh na­mazının salamından sonra oxunur". (İbn Məcəh və başqaları. Bax: "Səhih İbn Məcəh, 1/152 və "Məcməu-z-Zəvaid", 10/111). 
Həmçinin oxuyun:
Dua hansı dildə edilməlidir?
Namazı öz dilimizdə qılmaq olarmı?
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası

Teqlər: 
Paylaş: