Sirkə getmək icazəlidirmi?

    13.06.2015
Kimdən: 
Aysel
Sual: 
sALam. Men bilmek isteyirem ki sirke getmek olar yoxsa yox. Yoldasim sirke bilet alib amma men getmeye tereddud edirem cunki orada sehrbazlar var onlar da gunahkar sayilirlar.Bu haqda etrafli bilmek isterdim. Evvelceden minnetdarligimi bildirirem.
Cavab: 

Aleykum salam. İslami çərçivələrdə pəhləvanlar, kəndirbazlar, öyrədilmiş heyvanlar və s. olan göstərilərə getməkdə qəbahət yoxdur. Amma sehrbazlıq, fokus, illuziya və s. olan yerlərdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz". (Ta Hə, 69).

Paylaş: