Cəzalar

Tərifi:
Ərəb dilində "əl-Hudud" sözü "hədd" sözünün cəmidir. Sözün əsl mənası, iki şeyin arasında qoyulan maneə deməkdir. Ərəb dilçiliyində isə "qadağan etmək" mənasında işlədilir[1].
"Əl-Hudud" sözünün Şəriət terminologiyasında mənası, «insanlar cinayətkarın eyni əməlini etməsinlər deyə, şəriətin cinayətlərə qarşı təyin etdiyi cəza tədbirləridir»[2].

 
[1] Fiqhus Sünnə: 2/ 302.
[2] Mənarus Səbil: 2/ 360.