Sözə baxmayan övladı döymək olarmı?

    19.06.2015
Sual: 
salam aleykum.menim 3 yaşında qızım var çox esebleşdirir onu vururam.döyürem.günahdırmı
Cavab: 
Aleykum salam. Müəyyən hallarda üzə və başa vurmamaq şərtilə uşaqları yüngül vurmağa icazə verilsə də, onlara qarşı çox sərt olmaq və tez-tez vurmaq fitrətə (insanın yaradılışına, təbiətinə) və şəriətə (Allahın qanunlarına) ziddir. Uşaqların yeməyə, yatmağa ehtiyacı olduqları kimi, sevgi və mərhəmətə də ehtiyacları var. Bu ehtiyacların birinin ödənib digərinin ödənməməsi uşağın böyüməsinə və formalaşmasına pis təsir edir.
Uca Allah valideynlərdən övladlarına qarşı mərhəmətli olmağı, övladlardan isə valideynlərə itaət etməyi tələb edir. Davamlı olaraq, tez-tez uşaqları döymək qəlbdə mərhəmətin azalmasına gətirir. Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir dəfə nəvəsi Həsəni (Allah ondan razı olsun) öpərkən yanında oturan əl-Əqra ibn Həbis ət-Təmimi adlı bir nəfər onu görmüş və belə demişdir: "Siz uşaqları öpürsünüzmü? Mənim 10 övladım var, amma heç birini öpmürəm". Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ona belə dedi: "Mərhəmət etməyənə mərhəmət olunmaz!". (Səhih əl-Buxari, 5651-5997; Səhih Muslim, 2318).
Bədəvilərdən bir nəfər Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Siz uşaqlarınızı öpürsünüzmü?, biz uşaqlarımızı öpmürük! Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə cavab verdi: Uca Allahın sənin qəlbindən mərhəmət hissini götürübsə, mən nə edə bilərəm?!" (Səhih əl-Buxari, 5652).
Valideynlərin övladların üzərində böyük haqqı olsa da, övladların da valideynlər üzərindəki haqlarını unutmaq olmaz:
  • Valideyn övladlarına gözəl tərbiyə verməlidir. Tərbiyə Quran və Sünnə əsasında olmalıdır. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz". (ət-Tirmizi). "Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız...". (əl-Buxari, 893).
  • Valideyn övladını əzizləməlidir. Bir nəfər peyğəmbərimizin yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra da onun qızı gəlib çıxdı. Həmin adam qızını (öpmədən) önünə qoydu. Bunun müqabilində aləmlərə rəhmət olan peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə dedi: "Kaş ki, ikisi ilə də eyni cür rəftar edəydin!" (Muslim; ət-Tirmizi; İmam Əhməd).
  • Valideyn övladı üçün xeyir-dua etməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç nəfərin – məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur". (Sahihu-l-Ədəbu-l-Mufrad, 32).
  • Valideyn övladının qayğısına qalmalıdır
Teqlər: 
Paylaş: