Ölümdən qorxan adamdan çəkinmək lazımdırmı?

    02.07.2015
Sual: 
Salam Aleykum.Menim suallarima niye cavab gelmir??? 1 -Yazmiwdimki olumden qorxan Adamdan cekinmek lazim bu dogrudurmu??? 2- Peyganberimiz deyib dua ederken qetiyyetli olun Meselen Bele dua etmek olarmi ki Menim iwimi sabah duzelsin olarmi Bele dua etmek??? 3- Quranda Bele bir aye varmi ki dinde cox derine getmeyin ortaq yol tutun????? Bezi Insanlar var dine devet edende ozleride bezi weylere emel etmir meselen hicab taxir ama wekil cekir mahniya qulaq asir.Insanlarda o wexsin devetini qebul etmirler deyirlerki sen ozun her.weye emel et Sonra bizi devet et...BeLe insanlara ne demek o lar?????
Cavab: 

Aleykum salam.

  1. Ölümdən qorxan adamdan çəkinmək yox, nəsihət etmək lazımdır ki, ölümdən qorxmaq əvəzinə, ölümə hazırlaşsın. Hər kəs öləcək, amma ən xeyirli insanlar ömürlərini Allahın razılığını və Cənnəti qazanmağa sərf edənlərdir. Uca Allah buyurur: "Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!" (əl-Əraf, 34). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın!". (ət-Tirmizi, "Zuhd", 4). Daha ətraflı: Ölüm qorxusu -- insan öz ölümünü hiss edə bilərmi? 
  2. Dua edərkən qətiyyətli olmaq lazımdır, amma siz qeyd etdiyiniz kimi şərt qoymaq olmaz. Duanın nə vaxt qəbul olunması Allahın hikməti və istəyi ilə bağlıdır. Peyğəmbər demişdir ki, qoy (hər kəs Allaha dua etdikdə) qətiyyətlə dua etsin! Çünki heç kəs Onu nəyəsə vadar edə bilməz. O demişdir: "Sizdən heç kəs de­mə­­sin ki: "Allahım, əgər istəyirsənsə, məni bağışla, Allahım, əgər istəyir­sən­sə, mə­nə rəhm et!" Qoy hər kəs qətiyyətlə dua etsin. Çünki heç kəs Allahı nə­yəsə vadar edə bilməz". (əl-Buxari, 6338). 
  3. Dində dərinə getmək və ya həddi aşmaq Allah Rəsulunun etmədiyi şeyləri etmək və ya etdiyi şeylərə biganə yanaşmaqdır. Amma Allah Rəsulunun sünnəsinə bacardıqca əməl etməyə çalışmaq, mümkün qədər çox əməllər etmək böyük savabdır. Daha ətraflı: Dində çox dərinə getmədən orta yol tutmaq olarmı?

Həmçinin oxuyun:
Özüm əməl etmədiyim şeyləri başqalarına tövsiyə edə bilərəmmi? 
Cahilləri islama necə dəvət etmək olar?

Teqlər: 
Paylaş: