Məcburiyyət anında and içmək

    23.01.2014
Sual: 
Salam aleykum. Mecburen istemediyin bir shey uhcun bashqasi terefinden zorla and ichmishem. Ama andimi pozmaq isteyirem. Chunki menim istemediyim bir sheyi mene zorla and ichdiribler. Bunun gunahi choxdurmu?
Cavab: 

Aleykum salam. İlk öncə bilmək lazımdır ki, islamda məcburiyyət yoxdur. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur". (əl-Bəqərə, 256).
Həmçinin məcburiyyət vaxtı edilən asiliyə görə günah yoxdur. Uca Allah buyurur: "Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!" (ət-Tovbə, 106).
Həmçin məlumat üçün onu da qeyd edək ki, bir insan günah işləmək, asilik etmək, qohumluq əlaqələrini kəsmək, fitnə-fəsad törətmək və buna bənzər pis işlər üçün and içərsə, onun bu andı yerinə yetirməsi, andına vəfalı olması qadağandır. Əksinə o bu andını pozmalıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allaha and olsun ki, Allah istəyərsə, mən and içirəm, sonra bundan (and içdiyimdən) daha xeyirlisini gördüyümdə andımdan kəffarə edirəm (kəffarəsini verirəm) və daha xeyirli olanı edirəm". (əl-Buxari, 3133; Muslim, 1649).  
Kəffarə isə imkan daxilində on kasıbı (miskini) yedizdirmək və yaxud geyindirmək və ya qul azad etməkdən ibarətdir. Kim bunlardan hər hansı birini etməkdən aciz olarsa, o halda üç gün oruc tutmalıdır. 

Paylaş: