İkinci uşağım olarsa, ibadətimin zəifləyəcəyini və dolanmağın çətin olacağını düşünmək doğrudurmu?

    04.07.2015
Sual: 
Salam Aleykum.Xahiw edirem suallarina tez cavab yazasiz.Bir ovladim var Allaha hemd olsun yawi tamam olmayib istiyrem ikinci ovladimda olsun ama yeterince All aha ibadet ede bilmirem uwagim cox nadincdi ikincisi olsa ibadetim cox zeifleyer...Men bununla dogrumu duwunurem??? Mene deyirler ikinci uwaq lazim deyil cetindi dolanmaq.Meslehet verin mene.Sagolun
Cavab: 

Aleykum salam. Bu cür düşünmək səhvdir. Bir çox hədislərdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etdiyi bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd; ət-Tabərani; İbn Hibban; Abdurrazzəq və digərləri).
Həmçinin Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə dua edərdi: "Allahım! Bizi çoxalt (artır), sayımızı azaltma. Lütfünlə izzətimizi yüksəlt, bizi zillətə salma...". (İmam Əhməd "Musnəd", 1/34).
Ümumiyyətlə, say çoxluğu güc-qüvvətin səbəblərindən biridir. Uca Allah Quranda İsrail oğullarına xatırladır: "Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq". (əl-İsra, 6).
İbadətin zəifləməməsi üçün vaxtı düzgün bölüşdürmək və imanı artırmaq üçün səbəblərdən istifadə etmək lazımdır. Dolanışığın çətin olacağını düşünmək də səhvdir, çünki Uca Allah buyurur: "Onların (övladlarınızın) da, sizin də ruzinizi Biz veririk". (əl-İsra, 31). Həmçinin oxuyun: İmanı artırmaq üçün səbəblər

Teqlər: 
Paylaş: