Krevet və xərçəng yemək halaldırmı?

    16.07.2015
Kimdən: 
Rəşad
Sual: 
Salam Alekum . krevet , xərçəng yemək halalmıdır ?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə şəriətə görə ancaq suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi haladır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır. Uca Allah buyurur: "O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz". (ən-Nəhl, 14).
"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi­". (əl-Maidə, 96).

Paylaş: