Musa ilə ölüm mələyinin qarşılaşması
![](http://zikr.az/sites/default/files/styles/highlighted/public/field/image/qeqeqe%D0%BD%D0%BD%D0%BE%D0%B5%20%2812%29.jpg?itok=hVbMxzPQ)
Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Ölüm mələyi Musanın yanına göndərildi. Mələk Musanın yanına gəldikdə Musa onu vurdu və onun gözü çıxdı. Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin.” Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qayıt və ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər – hər bir tükün müqabilində bir il ömrü artacaq.”
Musa dedi: “Ey Rəbbim! Sonra nə olacaq?”
Allah buyurdu: “Sonra öləcəksən!”
Musa dedi: “Elə isə indi (ölmək istəyirəm).” Sonra da Allahdan onu atılmış bir daşın uçub düşdüyü məsafə qədər müqəddəs torpağa yaxınlaşdırmasını dilədi.”
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: “Əgər orada olsaydım, sizə onun yolun kənarında, qırmızı qum təpəsinin yanında yerləşən qəbrini göstərərdim.” (əl-Buxari, 1339).