Marketdə işləmək olar?

    27.01.2014
Kimdən: 
Səxavət
Sual: 
Salam aleykum. Marketde bir satici kimi ishlemek gunahdir evvelceden. Teshekkurler.
Cavab: 

Aleykum salam. İslama görə işləmək, ticarət etmək və ya ruzi, qazanc əldə etmək niyyəti düzgün və Allah rizası üçün olarsa, bunun özü bir ibadətdir. Lakin haramdan qazanc əldə etmək, haram işlərə vasitə olmaq və ya haram satılan yerlərdə işləmək şəriətə görə qadağandır. Marketlərdə müxtəlif şöbələr olduğu üçün cavablar da müxtəlif ola bilər. Əgər siz hər hansı marketdə içki şöbəsi və ya haram olan şöbələr deyil, ümumi ərzaq və ya halal olan nemətlər şöbəsində işləməyi nəzərdə tutursunuzsa, bu icazəlidir.

Teqlər: 
Paylaş: