Seyyid Yəhya əl-Bakuvi kimdir?

    09.08.2015
Sual: 
Esselamu aleykum. Deyilənə görə bu şəxs seyiddir. İçərişəhər-Şirvanşahlar saray kompleksində türbəsi vardır. İnsanlar ora ibadətə gedir. Bu haqda nə deyərdiniz? Təşəkkür edirəm.
Cavab: 

Aleykum salam. Həmin şəxs batil əqidələrdən olan sufi əqidəsində olmuşdur.
Qəbir olan yerə gedib ibadət etmək isə qadağandır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Sizdən əvvəlkilər, peyğəmbər və salehlərini qəbirlərini məscid etdilər. Siz qəbirləri məscid etməyin. Bunu sizə qadağan edirəm”. (Müslim)
Aişə (Allah Ondan razı olsun) Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) axırıncı xəstəliyi əsnasında belə dediyini bildirib: "Peyğəmbərlərinin qəbrini məbəd halına gətirənlərə Allah lənət etsin..." Aişə deyir ki, əgər Onun bu sözləri olmasaydı, onun da qəbri kənardan görsənəcək şəkildə düzəldiləcəkdi. (Buxari 1330, Muslim 529)
Qəbirdəki ölüdən kömək istəmək isə şirkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim Allahdan başqasına dua edib ölərsə, Cəhənnəmə daxil olar”. (Buxari). Ona görə də, bunu edənlər gecikmədən tövbə etməlidirlər.

Teqlər: 
Paylaş: