Fitrə zəkatı hansı məhsullardan verilir?

    06.08.2015
Kimdən: 
Aysel
Sual: 
Salam aleykum. Fitr sədəqəsini hansı məhsullardan vermək olar? Məsələn : makaron, mərci, bulgur, düyü. Bunlardan vermək olar?
Cavab: 

Aleykum salam. Bəli, qeyd etdiyiniz məhsullardan fitrə zəkatı vermək icazəlidir. Ümumən fitrə zəkatı Ramazan ayı bitmədən təqribən müsəlmanın çıxartdığı 2,5 kq, yaxud 3 kq yeməkdir. Səbəbi isə Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı imkanı olan hər bir müsəlmana vermək vacibdir. Abdullah ibn Ömər rəvayət edir ki, peyğəmbər (sallallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu. (əl-Buxari və Muslim).
Bəzilərimiz fitrə zəkatının pulla verilə biləcəyini düşünürlər. Fitrə zəkatı pulla verilmir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, mərcimək, qarabasaq, verməşil, quru lobya, buğda və s. öz yaşadığı yerdə məşhur olan başqa bu kimi ərzaq məhsullarından verilir. Fitrə zəkatını qeyri müsəlmanlara vermək olmaz, çünki fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.

Teqlər: 
Paylaş: