"Sənə qurban olum" sözü şirk sayılırmı?

    24.01.2014
Sual: 
Salam aleykum. Her bir valideyin ushagina deyir, "Sene Qurban olum". Bu soz Allaha sherik qoshmaq sayilirmi ve ne derecede duzgundur?
Cavab: 

Aleykum salam. Bu məsələdə hər şeydən öncə ən əsas bu sözü deyən insanın qəsdinə baxılır. Yəni onun hansı niyyət ilə deməsindən asıldır. Hədisdə deyildiyi kimi, "bütün əməllər niyyətə görədir". Əslində qurban yalnız Uca Allaha olunmalıdır. Lakin bu sözə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qadağa qoymayıb. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yuxuda gördüm ki, Cənnətdəyəm. Birdən qarşımda Əbu Talhanın zövcəsi Rumeysanı gördüm və bir ayaq səsi eşitdim. Soruşdum: "Bu kimdir?" Dedilər: "Bu Bilaldır!" Sonra mən bir qəsr və bu qəsrin həyətində bir cavan qız gördüm. Soruşdum: "Bu (qəsr) kimindir?" Dedilər: "Ömərindir!" Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü (və mən dönüb oradan uzaqlaşdım)". (Bunu eşidəndə) Ömər dedi: "Atam-anam sənə qurban olsun, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!" (əl-Buxari, 3679).  
Digər bir hədisdə rəvayət edilir ki, Sə'd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) demişdir: "Uhud döyüşündə Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə: "Atam-anam sənə qurban (fəda) olsun" – demişdi. (əl-Buxari, 3725).

Paylaş: