Oğlanların ayaqlarında olan tükləri təmizləməsi icazəlidirmi?

    01.09.2015
Kimdən: 
murad
Sual: 
salamun eleykum.menim iki sualim var.1.oglanlar qiclarinda olan tukleri temizleye bilerlermi?2.onurgaya xestelik sebei ile kalsi yeridende oruc pozulur?
Cavab: 

Va aleykum Salam. Ümumən şəriətdə bədənin müxtəlif yerlərində tüklərin təmizlənməsi ilə bağlı 3 hal var:

  1. Təmizlənməsi vacib olan yerlər. Bu tüklər qasıq və qoltuq altındakı tüklərdir. Həmçinin, kişilərə bığları qısaltmaq da vacibdir. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurmuşdur: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (əl-Buxari, Muslim). Ənəs ibn Malik (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Bizə bığlarımızı qısaltmaq, dırnaqlarımızı tutmaq, qoltuğun altındakı tükləri təmizləmək və övrət yerində çıxan tükləri qırxmaq üçün qırx gündən artıq olmayan vaxt təyin olunmuşdur". (Səhih Muslim; 379, 622).
  2. Təmizlənməsi haram olan yerlər. Bu qisim tüklərə həm kişilərdə, həm də qadınlarda qaşların tükləri, habelə kişilərdə saqqalın tükləri aiddir. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) müsəlman kişilərə saqqal saxlamağı buyuraraq belə demişdir: "Bığlarınızı qısaldın və saqqalınızı uzadın". (Səhih Muslim, 260). İki qaşın arasındakı tükləri isə təmizləmək icazəlidir.
  3. Təmizlənməsi ilə bağlı heç nə deyilməmiş yerlər. Bunu qadağan edən hökm olmadığı üçün, xüsusi zərurət olduqda edilə bilər.

Onurğaya kalsium iynəsi vurmaq orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər

Teqlər: 
Paylaş: