Bayram namazında oxunan zikrlər hansılardır?

    01.09.2015
Kimdən: 
Resad
Sual: 
Salam aleykum bayram namazinda oxunan zikri yazardiniz zehmet olmasa
Cavab: 

Aleykum salam. Bayram günlərində təkbir deyilir. Təkbirin deyilmə şəkli belədir: "Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah. Allahu Əkbər, Allahu Əkbər, Va lilləhi-l-həmd". (Allah ən Böyükdür, Allahdan başqa haqq məbud yoxdur. Allah ən Böyükdür və bütün həmd-sənalar, təriflər Uca Allah üçündür!).
Bu zikri edərkən bazarlarda, məscidlərdə, evlərdə səsi yüksəltmək bəyəniləndir. Qadınlar isə səslərini yüksəltmirlər. (Məcmu əl-Fətəvə, 16/216-223). Hər iki bayram gecəsi və zül-hiccə ayının ilk 10 gününün bütün günlərində "mütləq təkbir" (hər hansı bir namaza və ya vaxta bağlı olmayan, sərbəst təkbir nəzərdə tutulur) gətirmək və Arafə günü fəcr namazından başlayaraq təşriq günlərinin sonuncu günündə əsr namazına qədər fərz namazlarından sonra "muqayyəd təkbir" (bu növ təkbirin bir vaxta bağlanması ilə əlaqədardır; yəni bir qeydə bağlanmışdır və bu, fərz namazlarından sonra etməklə olur) gətirmək müstəhəbdir. İbn Ömərdən (radıyallahu anhu) rəvayət olunduğuna görə, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Allah üçün bu 10 gündə edilən əməllərdən daha böyüyü və daha sevimlisi yoxdur, bu günlərdə təhlili (Lə iləhə illəllah), təkbiri (Allahu Əkbər) və həmd (Əlhəmdulilləh) etməyi çoxaldın!" (ət-Tabərani). İbn Ömər və Əbu Hureyrə (radıyəllahu anhumə) bu 10 gündə bazara çıxardılar, təkbir gətirərdilər və camaat da onlarla bir təkbir gətirərdilər. Həmçinin İbn Ömər həmin bu günlərdə Minada olarkən, namazlardan sonra, yatağında olarkən, məclislərdə, gəzərkən, bütün günlərdə və hər yerdə təkbir gətirərdi. (Səhih əl-Buxari).

Teqlər: 
Paylaş: