Beş ildir sevgilimə qovuşa bilmirəm, mən nə edim?

    26.01.2014
Sual: 
Salam aleykum. Men beş ildir sevgiliyəm. Allaha şükürlər olsun! chox sınaqlardan kechdik, amma hələ də qovuşmadıq. Cox əzablar chəkdim səbr elədim artiq dözmürəm. Allaha yalvarıraq hər zaman kömək istəyirəm, namazda qılıram. Xahiş edirəm ki, mənə yol göstərəsiniz, mən nə edim?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir". (əl-Bəqərə, 45).
"Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)". (əl-Bəqərə, 153).
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!" (əl-Bəqərə, 155).
"Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz". (Ali İmran, 186).

Bu xüsusda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurmuşdur: "İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar". (əl-Buxari).
Həmçinin demişdir: "İnsan sevdiyi ilə birlikdə olacaq". (Səhih əl-Buxari).  
Duaların ən çox qəbul olunduğu vaxtlardan biri gecənin son üçdə biridir. Gecə namazını qılın. Gecə namazı necə qılınır?
Həmçinin Allah Rəsulu çətin anlarda İstixarə namazını da qılmağı buyurmuşdur: İstixarə namazı necə qılınır?
Allah yardım etsin!

Teqlər: 
Paylaş: