Uşaqlara peyvənd vurmaq icazəlidirmi?

    12.09.2015
Sual: 
As salamu aleykum ve rahmatUllahu va berekatu.Korpelere peyvend vurmaq icazelidirmi,xahis edirem eteafli cavab yazardiniz
Cavab: 

Aleykumus-Sələm və Rahmətullahi və bərakətuhu. Alimlər demişlər ki, əgər epidemiya və ya xəstəlik yaradan hər hansı bir amilin baş vermə qorxusu olarsa, ondan qorunmaq məqsədilə müalicə almaqda qəbahətli bir şey yoxdur, çünki, bu barədə peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Kim hər səhər yeddi ədəd Mədinə xurması yeyərsə, ona zəhər və ya cadu təsir etməz". (Səhih əl-Buxari). Bu, problem baş verməzdən öncə ondan qorunmağın yoludur. Deməli, əgər xəstəlik qorxusu varsa və hər hansı bir şəxs yaşadığı ərazidə yaxud hər hansı bir yerdə mövcud olan yoluxucu xəstəliklərə qarşı vaksinasiya (peyvənd) olarsa, burada qınanılası bir şey yoxdur...". (Fətəva İbn Baz, 6/21).
Peyvənd olunan şəxslərin xəstələnməsinə, xüsusi ilə də qısa müddətli qızdırma və ya hər hansı digər yanaşı təsirlərə məruz qalmasına gəldikdə, ölüm və ya ciddi xəsarətə səbəb olan xəstəliyə tutulmaqdansa bu, daha az zərərlidir. Həmçinin, peyvəndin azsaylı insanlara mənfi təsir göstərməsi, bütün cəmiyyəti qorumaq kimi fayda ilə müqayisədə kiçik zərərdir. Bu, oğlan uşaqlarının sünnət edilməsi və həmin uşaqlarda güclü ağrının olmasına bənzəyir; bunun isə böyük faydaları var və dini nöqteyi-nəzərdən təmizliyə səbəb olur və dünyəvi cəhətdən də bir çox üstünlükləri var. Bu məsələ ilə bağlı ümumi şəriət prinsipi ondan ibarətdir ki, əgər iki xəstəlik olarsa və bu iki xəstəlik arasında seçim etmək lazım gələrsə, bu iki xəstəlikdən daha ciddisinin qarşısını almaq üçün onlardan ən yüngülünə imkan vermək olar. (əl-Əşbəh van-Nəzair, lis-Subki, 1/45).
Lakin, əgər tibbi cəhətdən sübut olunarsa ki, hər hansı spesifik vaksin (peyvənd) insan üçün zərərlidir və ya onun zərərli təsirləri qarşısı alınacaq xəstəlikdən də ciddidir, onda bu halda bundan istifadə etmək olmaz, çünki peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Zərər toxundurmaq və ona zərərlə qarşılıq vermək olmaz". (İbn Macəh; əd-Dəraqutni; İmam Malik "əl-Muvatta" əsəri).

Teqlər: 
Paylaş: