Əcnəbi qadınla ailə kimi yaşamaq üçün özüm kəbin kəsə bilərəmmi?

    28.01.2014
Sual: 
Salam Aleykum. Men xarici olke vetendashi olan bir xanimla birlikde yashayiram. Kebini ozum kese bilerem?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə istənilən müsəlman kişi, istənilən müsəlman qadınla ailə qurmaq niyyəti ilə kəbin kəsdirmək vasitəsi ilə yaşaya bilər. Həmçinin əcnəbi qadınla da şəriət bu şəkildə yaşamağa icazə verir. Sadəcə kəbini, evlənən şəxsin özü yox, buna şəriətlə səlahiyyəti çatan şəxslər etməlidir. Məsələn; Dini idarə, məscid imamları, islamda elm sahəsində tanınmış və ona etimad olunan şəxs, və.s.
Qeyd: Əcnəbi deyildikdə, bura yalnız əhli-kitabın ismətli qadınları daxildir. Əhli-Kitab yəni, xristian və yəhudilər. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!" (əl-Maidə, 5).
"Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir". (ən-Nisa, 24).

Paylaş: