Allaha "qurban olum" deyərək dua etmək olarmı?

    27.01.2014
Sual: 
Salam aleykum. Allaha dua edib yalvararken, "Qurban Olum" Sene ey Allahım, demek olarmı?
Cavab: 

Aleykum salam. Bu şəkildə dua etməyin qadağan və ya icazəli olunması barəsində şəriətdə heç bir məlumat bildirilmir. Sadəcə sözün mənası baxımından demək icazəli deyil. Çünki islama görə "qurban" yalnız şəriətlə müəyyən olunmuş heyvanlardan Allah üçün kəsilir. Amma etiqad baxımından deyilməsi mübahdır, yəni insanın ixtiyarına buraxılır. Yəni bu şəkildə yalvarsa, savabı və ya günahı yoxdur. Ümumiyyətlə yaxşı olar ki, Allaha dua edilərkən, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) göstərdiyi qaydalar çərçivəsində dua edilsin, çünki bu duanın qəbul olunması baxımından da yaxşıdır. Bu şəkildə edilən dualara "duanın ədəbləri" deyilir. Uca Allah buyurur: "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad edib ona dua et və qafillərdən olma!" (əl-Əraf, 205).

Teqlər: 
Paylaş: