Peyğəmbərlər arasında üstünlük varmı?

    28.09.2015
Kimdən: 
N.
Sual: 
Salamun Aleykum Peyğəmbərlər arasında üstünlük varmı? Niye son peyğəmbər digərlərinə nisbətən daha çox teriflənir? Zehmet olmasa etrafli yazardiz
Cavab: 

Aleykum salam. Bəli, peyğəmbərlər arasında üstünlük var. Uca Allah buyurur: "Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir.". (əl-Bəqərə, 253).
"Rəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik." (əl-İsra, 55)

Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) daha çox təriflənməsi və üstün olması isə Allahın hikməti və istəyidir. Uca Allah Muhəmməd (sallallahu aleyhi və səlləm) ümmətini də ən xeyirli ümmət adlandırmışdır: "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz." (Ali İmran, 110).

Səhih rəvayətə görə Allah Rəsulu Təbuk döyüşü olan ili gecə qalxıb namaz qıldı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdı. Namazı qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmənin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə qəlbləri qorxu ilə dolar. Mənə qənimətlər halal edildi, halbuki məndən əvvəlkilər qənimətləri götürməyi haram sayardılar, onlar qənimətləri (bir yerə toplayıb) yandırırdılar. Mənim üçün hər yer səcdəgah və pak edildi. Harda namazın vaxtı girsə, təyəmmüm edib namaz qıla bilərəm. Məndən əvvəlkilər isə bunu etməyi haram görürdülər. Onlar yalnız kilsələrdə və məbədlərdə namaz qılırdılar. Beşincisi isə odur ki, Qiyamət günü mənə: “İstə”- deyiləcək. Həqiqətən, hər bir peyğəmbərin istəyi olmuşdur, mən isə istəyimi Qiyamət günü sizin və “lə iləhə illəllah” şəhadət verən kəslər üçün saxlamışam” (Tirmizi)

Teqlər: 
Paylaş: