İmam Hüseynin neçə qardaşı olub?

    04.10.2015
Kimdən: 
munasibden
Sual: 
imam husyinin nece qardasi olub
Cavab: 

Salam aleykum. Tarixi mənbələrdə Əlinin (radıyəllahu anhu) övladlarının sayı barəsində dəqiq məlumat qeyd olunmayıb. Sadəcə bir çox tarixi mənbələrdə adları çəkilən övladları bunlardır:
1. Fatimədən olan övladları: Həsən, Huseyn, Zeynəb, Ummu Kulsum. Qeyd: Əli (radıyallahu anhu) Fatimə (radıyallahu anhə) vəfat edənə qədər heç bir qadınla evlənməmişdir. Fatimə (radıyallahu anhə) peyğəmbərdən (salləllahu aleyhi və səlləm) 6 ay sonra Əbu Bəkrin (radıyallahu anhu) xilafəti zamanında vəfat etmişdir.
2. Ummu-l-Bənin bint Hizəmdən olan övladları: Abbas, Cəfər, Abdullah, Os­­man (Cəfər, Abdullah və Osman, Huseynlə (radıyallahu anhum) bərabər Kərbəlada şəhid olmuşlar.
3. Leyla bint Məsuddan olan övladları: Ubeydullah, Əbu Bəkr.
4. Ummu Həbib bint Rabiyədən olan övladları: Ömər, Ruqiyyə.
5. Uməmətə bint Əbi-l-Asdan olan övladları: Məhəmməd (Məhəmməd bin Hənəfiyyə adı ilə tanınmışdır)
Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri "Tərixu-l-Uməm Va-l-Muluk" adlı kitabında (5-ci cild, səh:153-154) qeyd etmişdir. Həmçinin bax: "Tərixu-l-Xamis" əsəri, cild: 2, səh: 283).

Teqlər: 
Paylaş: