Bir şey xahiş edərkən "Allah xatirinə et" demək olarmı?

    21.10.2015
Sual: 
Salam aleykum. Demek olarmiki Allah xatirine bu iwi gor? Filan weyi Allah xatirine soyle
Cavab: 

Va aleykum Salam. "Allah xatirinə bu işi gör" və ya "Allah xatirinə filan şeyi söylə" demək olar və Allah xatirinə istədiyiniz kimsə də istəyinizi imkan daxilində yerinə yetirməyə çalışmalıdır. Lakin bunu adət halına salıb hər bir xırda işdən ötrü bu cür istəyərək insanları narahat etmək olmaz. Həm də bu sözü tez-tez istifadə etməklə "Allah rizası kəlməsini" ucuzlaşdırmaq olmaz.

Paylaş: