Əli ibn Əbu Talib

    25.01.2014

Əbu Turab, yaxud Əbu Sibteyn, yaxud da Əbul-Həsən, Əli ibn Əbu Talib ibn Abdul-Müttəlib fil ilindən otuz il sonra – yəni, Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verilməmişdən on il əvvəl dünyaya gəlmiş, İslam dinini ilk əvvəl qəbul etmiş səhabələrdəndir. O, Peyğəmbərin həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz və reyhan qoxulu nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib, Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur. Təbuk döyüşündə isə Peyğəmbər onu öz yerinə – Mədinəyə başçı təyin etmişdir. Səd ibn Əbu Vəqqas rəvayət edir ki, Peyğəmbər Təbuka yola düşərkən Əlini öz yerinə başçı təyin etdi. Onda Əli dedi: “Doğrudanmı sən məni uşaqların və qadınların yanında qoyub getmək istəyirsən?!” Peyğəmbər buyurdu:
“İstəmirsənki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?! Fəqət məndən sonra peyğəmbər gəlməyəcək” (əl-Buxari, 4416).
Əli ibn Əbu Talib sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Əli ibn Əbu Talib Rəsulullahın dördüncü xəlifəsi olmuşdur. Hicrətin 35-ci ilində, zilhiccə ayının 18-i, cümə günü xilafətə gəlmiş, 4 il 9 ay möminlərə layiqincə əmirlik etmiş və hicrətin 40-cı ilində, ramazan ayının 17-si, cümə günü, Kufə şəhərində fars mənşəli Abdur-Rahmən ibn Mülcim əl-Muradi tərəfindən vurulmuş və üç gündən sonra altmış üç yaşında şəhid olmuşdur. Oğlanları Həsən və Hüseyn, habelə Cəfərin oğlu Abdullah onu yuyub kəfənləmiş, Həsən onun cənazə namazını qıldırmış və bundan sonra onu dəfn etmişlər.
Allah ondan və bütün səhabələrdən razı olsun.

Paylaş: