Tubə olsun!

    25.01.2014

Tubə nədir?

Tubə ifadəsi Quranın bu ayəsinə bənzəyir. Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran (tubə) və gö­zəl qayı­dış yeri hazırlan­mışdır” (ər-Rəd, 29).
      Təfsir alimləri bu ayəni belə izah etmişlər: İbn Abbas de­mişdir: “Bu, sevinc və gözay­dınlığıdır”. İbn İclan demişdir: “Ayədə “tubə” deyildikdə dava­mlı xeyir nəzərdə tutulur”. Bəzi təfsirçilər isə bu kəlməni “Cən­nət” və ya “Cən­nətdəki ağac” olduğunu və bu mənalardan hər ikisini ifadə etdiyini demişlər. Peyğəmbər salləllahu aleyhi və səlləm de­miş­dir: “Cənnətdə elə bir ağac vardır ki, bir atlı onun kölgəsində yüz il yol getsə də (onu qət edə bil­mir). İstəyirsinizsə, bu ayəni oxuyun: “uzan­mış kölgəliklərdə...” (əl-Vaqiə 30)”. (əl-Buxari 3252).
      Digər rəvayətdə isə “...“Tubə nədir?” – soruşduqda, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Cənnət­də bir ağacdır, onun kölgəsi yüz illik yola bərabərdir. Onun kasacıq­larından Cənnət əhlinin libasları çıxacaq”.
 

İman gətirənə tubə olsun!

Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “Məni görüb iman gətirənə Tubə olsun! Məni görmədən iman gətirə­nə yeddi dəfə Tubə olsun!”

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “İslama hidayət olunan, güzəranı ona kifayət edən və qane olan kimsəyə Tubə olsun!” (ət-Tirmizi 2349).
 

Qəriblərə tubə olsun!

Pey­ğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “İslam dini qərib olaraq başlamış və yenə başlanğıcda olduğu kimi qə­ribliyə qayıda­caqdır. (O dövrdə yaşayacaq) qə­rib­lərə Tubə olsun!” (Muslim 372).
 
Abdullah ibn Amr ibn əl-As y rəvayət edir ki, bir gün biz Allah Elçisinin salləllahu aleyhi və səlləm yanında ikən o belə buyurdu: “Qəriblərə Tubə olsun!” Dedilər: “Qəriblər kimlərdir, ey Allahın Elçisi?” O buyurdu: “On­lar, çox pis insanların arasın­da yaşayan əməlisaleh insanlardır. Onlara qarşı çıxanlar, onların tərəfini saxlayanlardan daha çoxdur”.
 

Əməli gözəl olana tubə olsun!

Rəvayət edilir ki, Abdullah ibn Busr əl-Muzəni y demişdir: “İki bədəvi Allah Elçisinin salləllahu aleyhi və səlləm yanına gəldi və onlardan biri soruş­du: “Ey Allahın Elçisi, hansı insan ən xeyirlidir?” O buyurdu: “Ömrü üzün və əməli gözəl olana Tubə olsun!” Digəri dedi: “Hansı əməl ən xeyirlidir?” Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: “Dilin Allahın zikrindən quru­ma­dığı halda dünyadan ay­rıl”.

Allah Elçisi salləllahu aleyhi və səlləm bu­yur­muş­dur: “Dilinə hakim olana, evi geniş olana (İnsanların şərindən qorunmaq üçün evində qərar tutana) və öz günahına görə ağlayana Tubə olsun!”

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Qiyamət günü əməl dəftərində çox istiğfar görənə Tubə olsun!”
 
 
 
 
 
 

Paylaş: