Xarici ölkədəki qızla evlənmək məqsədilə zəngləşmək olarmı?

    21.10.2015
Sual: 
Salam aleykum Qardaşlar. Menim tanidiğim bir rus aylesi var. Mənə öz tanidixlari bi dənə rus qız evlenmek üçün təklif eliyibler. Amma qiz rusyadadi. Mene qizin aylesi deyir ki zeng edib birbirizitaniyin. Mende elhemdulillah müselmanam isdemirem ki serietden kenara cixim. Tanisliq ücün zenglesmey yada vatsapda yazismaq caizdi?
Cavab: 

Va aleykum Salam. Əvvəla, evlənmək üçün zəng ilə tanış olmaq bir az qəribə səslənir, amma ümumən hər ikiniz həddi aşmadan, məhrəmlərin iştirakı ilə telefon və ya video zənglər vasitəsi ilə bir-birinizi görüb tanıya bilərsiz. Lakin istənilən halda şəri qaydada gedib qıza evində baxmaq, tanış olmaq daha yaxşıdır. Muğirə ibn Şu'bə (Allah ondan razı olsun) demişdir ki: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O isə dedi: "Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir". (əd-Dəraqutni, 3/252; İbn Məcəh, 1/574).
Həmçinin oxuyun: Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?

Teqlər: 
Paylaş: