Müsəlman kişi necə geyinməlidir?

    21.10.2015
Sual: 
Salam mömün qadının yoldaşı nece geymeli?
Cavab: 
Və aleykum Salam. Səhih hədislərdən məlum olan odur ki, müsəlman kişi gözəl və səliqəli geyinməyə çalışmalı, əzaları bildirəcək qədər dar geyinməməlidir. Həmçinin, dizdən yuxarı hissəsi açıq olmamalıdır və ipək paltar geyinməməlidir. Onu da qeyd edək ki, İslam dinində kişilər üçün xüsusi bir geyim yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "Budunu açma, diri və ya ölü heç kimsənin buduna baxma". (Əbu Davud "Həmmam", 1; İmam Əhməd "Musnəd", 1/146).
"Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (əl-Buxari "Libas", 30; Əbu Davud "Xatəm", 3; ət-Tirmizi "Libas", 1). 
Həmçinin oxuyun: Müsəlman qadın necə geyinməlidir?  
Paylaş: