Peyğəmbərə salavat deyərkən əli üzə çəkməliyik?

    28.01.2014
Kimdən: 
sedef12
Sual: 
Salam aleykum. Biz Peygemberimizin, yeni Mehemmed peygemberimizin adini chekende salavat verende (sallallahu aleyhi va sellem) deyende salavati (elimizi) uzumuze chekmeliyik, yoxsa ferqi yoxdur?
Cavab: 

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməmişdir. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir. İslamda hər bir yenilik bidət, hər bir bidət zəlalət, hər bir zəlalət isə cəhənnəmdədir. Hədisdə belə deyilir. Bidət sonradan dinə gətirilən yeniliklərə deyilir.  Peyğəmbərimizin adı çəkildikdə əli üzə sürtmədən sadəcə "sallallahu aleyhi va alə əlihi va səlləm" (Ona, ailəsinə və əhli-əyalına Allahın salamı və salavatı olsun) demək kifayətdir.

Teqlər: 
Paylaş: