Valideynlərim dul qadınla evlənməyimə razı deyillər...

    19.11.2015
Sual: 
salam aleykum Allah rizasi bu sualima cavab isterdim . men subay oglanam ve cox uwagli bir xanimla cahiliyyet dovrunnen taniwiq ve 5aydi ki islama gelmiwem hemcinin oda mennen sonra islama gelib yeni ibadet edir biz evlenmek kebin kesdirmek isteyirik ama valideynlerim nerazidi xususilede atam. ama hec cure ayrila bilmirik ve istemirikde ayrilmag.neyniye bilerem? Allah rizasi fikir ve meslehetlerinizi gozleyecem. Assalamu aleykum ve rehmetullahi ve bereketuh
Cavab: 
və aleykum Salam. Kəbində oğlan üçün vəli vacib deyil. Vəlinin vacib olması qadın üçündür. Əgər valideynlər cahildirlərsə, oğlan isə dindardır və ona dindar qız almaq istəmirlərsə, bu hallarda valideynlərdən icazə alınmasa da olar. Digər hallarda isə valideyndən halallıq alınmalıdır. Valideynlərin addımlarında xeyir-bərəkət var. Ona görə valideynlərin razılığı lazımdır. Evlənmək sırf gözəllik üçün olarsa, bu heç kəs zəmanət vermir ki, sabah başqasını sevməyəcəksən. Dul qadın almaq isə qəbahətli bir şey deyil. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyat yoldaşlarından yalnız Aişə (Allah ondan razı olsun) bakirə olub. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (Səhih əl-Buxari, 5090).
Teqlər: 
Paylaş: