Həmzeyi-Şuhədanın yanında kim basdırılıb?

    10.11.2015
Kimdən: 
Aziz
Sual: 
Hemzeyi suedanin mezarinin yaninda kim defn olunmusdur.
Cavab: 

Salam aleykum. "Həmzeyi-Şuhəda" - "Şəhidlər Həmzə" deməkdir. Əslən qrammatik cəhətdən söz düzgün qurulmayıb. Həmzə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) doğma əmisi olub və hicrətin 3-cü ilində (miladi 625-ci ildə) müsəlmanlarla müşriklər arasında baş verən Uhud döyüşündə 70 səhabə ilə birlikdə şəhid olub. Şəhidlər öldüyü yerdə basdırıldığına görə, onları Uhud dağının yanında basdırıblar. Cabir (Allah ondan razı olsun) deyir: "Uhud döyüşü günü şəhid olanlar Bəqi qəbiristanlığında basdırılmaq üçün daşınırdılar. Bu vaxt Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) carçısı: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölüləri oldükləri yerdə basdırmanızı əmr edir!” – deyə car çəkdi". (Əbu Davud, 3149). Həmzənin (Allah ondan razı olsun) yanında basdırılanlardan: Hənzələ ibn Əbi Amir, Musab ibn Umeyr, Amr ibn Cəmuh, Səd ibn Rabi, Numan ibn Malik və b. (Allah onlardan razı olsun).

Teqlər: 
Paylaş: