Kimlərə təqlid etmək olar?

    30.01.2014
Kimdən: 
Günay
Sual: 
Salam aleykum. Şiə alimlərini təqlid etmək vacibdirmi?
Cavab: 

Aleykum salam. Əvvala bilək lazımdır ki, islamda təfriqəçilk yoxdur. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz...". (Ali İmran, 103).
"(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).

Həmçinin bilmək lazımdır ki, islamda hər hansı bir şəxsə kor-koranə təqlid etmək olmaz. Çünki təqlid bir adama tabe olmaq və ya nəsə ondan götürmək mənasına gəlir. İslama görə tabeçilik yalnız Allah və Rəsulunadır. Örnək olaraq xüsusi təqlid olunası şəxs yalnız Allahın Rəsulu (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Məhəmməd Peyğəmbərdir. Bu xüsusda Uca Allah belə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzəb, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzəb, 36). "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Lakin bilmədiyimiz məsələləri alimlərdən öyrənə bilərik. Uca Allah buyurur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (əl-Ənbiyə, 7).

Teqlər: 
Paylaş: