Ata ilə küsülü qalmaq olarmı?

    27.11.2015
Sual: 
Salam.Menim atam qelbime cox deyib cox sozler deyib mene bilmirem indi neyleyim danismiram atamla ureyim sindigina amma Allah buyurur valdeynize yaxsiliq edin men bagisladim ama yene atam incitmekdedi meni bilmek isteyirem menim namazimi onda sayilmir Allah qarsisinda?
Cavab: 
Və aleykum Salam. İstər ata, istərsə də ana xətrinizə dəyəndə, səbrlə və mülayim şəkildə onları başa salmaq lazımdır, lakin, nə ata ilə, nə də ana ilə küsülü qalmaq olmaz. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Rəbbin razılığı valideynlərin razılığı ilə, qəzəbi isə valideyn­lərin qəzəbi ilədir". (ət-Tirmizi, 1899). Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Heç bir müsəlmana üç gündən artıq başqa bir mü­səl­man­la əlaqələri kəsmək halal olmaz. Onlar küsülü qaldıqca, haq­dan sap­mış olar­lar. Onlardan birinci barışanın ilk əvvəl barışığa gəl­məsi onun üçün kəffarə olar. Əgər küsülü olduq­ları hal­da ölsələr, heç vaxt bir yerdə Cən­nətə girməzlər. On­lar­dan biri digə­rinə salam verdiyi zaman o adam onun sala­mını al­masa, salam ve­rənin sala­mını mələk alar, salamı almayanı isə şey­tan qarşı­layar". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 402). Bu hədis müsəlman qardaşların bir-birindən küsülü qalmasının nə qədər zərərli olmasını göstərir. Şəkk yoxdur ki, ata və ananın övladları üzərində daha çox haqqı vardır. Tezliklə atanızla barışmaq lazımdır. Namazın qəbul olmasına gəldikdə isə, onu qəbul edən Allahdır. 
Teqlər: 
Paylaş: