Aya baxıb salavat çəkmək doğrudurmu?

    01.02.2014
Sual: 
Salam aleykum. Aya baxib salavat chekmek dogrudurmu? Ve aya neye isharedir anlami nedir? Niye ayin gozu, burnu, agzi baxanda bilinir? Mene chox maraqlidir?
Cavab: 

Aleykum salam. Peyğəmbər "hilal"-ı (təzə ayın əlamətini) gördükdə bu duanı oxumağı tövsiyə etmişdir: "Allahu əkbər, Allahummə əhilləhu aleynə bil əmni va iməni va-s-sələməti va-l-isləmi va tovfiqi limə tuhibbu rabbənə va tərda rabbunə va rabbukə-llah". (Allah hər şeydən üstündür və böyükdür. Allahım sevdiyin və razı qaldığın şeylər xatirinə onun başımız üzərində olması ilə bizə təhlükəsizlik, iman, salamatlıq, islam və müvəffəqiyyət ver. Bizim də Rəbbimiz Allahdır, sənin də)". (ət-Tirmizi, 5/504).
Aya baxıb salavat çəkmək isə İslamda olmayan əməllərdəndir. Bu, dində bidət (islamda sonradan meydana gəlmiş yenilik) sayılır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında belə bir şey olmamış, o nə özü bunu etmiş, nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər bir bidət (dində yenilik) zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". (İmam Əhməd, 1/435; Əbu Davud, 2188; ət-Tirmizi, 1105; İbn Məcəh, 1892).
Başqa bir hədisdə Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari "Sülh", 2550; Muslim "əl-Əqdiyə", 1718; Əbu Davud "əs-Sunnə", 4606; İbn Məcəh "əl-Muqaddimə", 14; İmam Əhməd, 6/270).
Digər rəvayətdə isə belə buyurulmuşdur: "Kim bizim əmrimiz olmayan bir əməli edərsə, o rədd olunar". (əl-Buxari, 2697; Muslim "əl-Əqdiyə, 1718; İmam Əhməd, 6/146).
O ki, qaldı ayın burnu, ağzı və ya gözü olmasına, bu, haqda heç bir səhih məlumat yoxdur. Həmçinin, ayı müqəddəsləşdirmək olmaz. Ay, günəş, ulduzlar və planetlər Allahın yaratdığı məxluqlardır. Uca Allah buyurur: "Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin". (Fussilət, 37).

Teqlər: 
Paylaş: