Əbu Qaqa adlı səhabə haqda yaza bilərsinizmi?

    29.11.2015
Sual: 
Salam Aleykum. Sehabelerden olan Abu Kaka radıAllahu anhu haqqında yazardınız inseAllah, birde Kaka adının menasi nedir.?
Cavab: 

Və aleykum Salam. Əbu Qaqa adlı səhabənin (Allah ondan razı olsun) adını türklər Ebu Kaka yazırlar. Onun əsl adı əl-Qaqa ibn Amr ibn Malik ət-Təmimidir. Məşhur sərkərdə olub. Bir çox döyüşlərdə iştirak edib və zəfər qazanıb. Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) dövründə ordu başçısı olaraq İraqa göndərildi və orada da bir çox qələbələr qazandı. Əsl məşhurluq ona Qadisiyə döyüşündə verildi. Bu döyüşdə müsəlmanların qələbə qazanmasında onun böyük rol oynadığı deyilir. Osmanın (Allah ondan razı olsun) xəlifəliyi dövründə düşən fitnədə Osmanı (Allah ondan razı olsun) müdafiə edənlərin arasında idi. İmam Əlinin (Allah ondan razı olsun) xilafəti illərində baş verən fitnələrdə İmam Əlini (Allah ondan razı olsun) dəstəklədi və onun tərəfindən döyüşdü. Əbu Qaqa (Allah ondan razı olsun) şeirləri ilə də tanınmışdır. Səhabələr haqda geniş məlumat almaq üçün bu kitabı oxuya bilərsiniz: Səhabələrin Həyatı

Teqlər: 
Paylaş: