"Allah sevdiyi bəndələrini həmişə sınağa cəkir" sözü doğrudurmu?

    13.12.2015
Sual: 
Salam aleykum.o duzdur ki Allah təla sevdiyi bendelerini hemişe sinaga cekir? Kimini yoxsulluqnan kimini xesteliknen ve s. Bu duzdu. Allah sizden razi olsun
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Çətinliklər və müsibətlər nəticəsində möminin günahları bağışlanır və axirətdə dərəcələri artır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Böyük bəlaya uyğun böyük savab verilir. Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa, Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396). Bu səbəbdən ən fəzilətli, Allahın ən çox sevdiyi insanlar dünyada digərlərinə nisbətən daha çox çətinliklərlə imtahana çəkilirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilət­də) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlər". (İmam Əhməd, 27124). Digər hədisdə buyurur: "Allah kimə xeyir nəsib etmək istəsə, onu imtahana çəkər". (əl-Buxari, 5645). Daha ətraflı: Səbr edənləri müjdələ!

Paylaş: