Ərim zina etdyinə görə onu bağışlaya bilmirəm...

    16.12.2015
Kimdən: 
ayan
Sual: 
Menim yoldawim zina edib ozu ediyi zinani mene daniwib men ise onu bagiwlaya bilmirem cox isdiyirem bagiwlayim bacarmiram sizden meslehet isdiyirem
Cavab: 
Və aleykum Salam. Zina edən insan günahlarının bağışlanması üçün birinci növbədə Uca Allaha tövbə etməli və çoxlu xeyirli əməllər etməlidir. Çoxlu nafilə namaz qılmaq və oruc tutmaq, valideynlərə və ailəyə yaxşılıq etmək, sədəqə vermək və digər xeyirli əməllər həm Allahın, həm də insanların razılığını qazandıran səbəblərdəndir. Siz də onu bu əməllərə həvəsləndirin və günahından keçin. Sizə deyibsə, bu artıq sizə səmimi davranmaqdan xəbər verir. Qadınlar bu məsələdə ailənin dağılmasına yol verməmək üçün gözəl şəkildə səbir edirlər. Siz də səbir edin! Əgər Uca Allah tövbə edənin günahını bağışlayırsa, sizin də onu bağışlamağınız yaxşıdır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər"(əl-Əraf, 199); "Kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40). Ərinizə də nəsihət edin ki, bu günahdan səmimi qəlbdən peşman olsun, Uca Allahın haram etdiyi şeylərə meyl etməsin və zinanın həlakedici günah olmasını dərk etsin. Həmçinin oxuyun:
Zinadan necə qorunmaq olar?
Zina etmiş insan necə tövbə edə bilər?
Paylaş: