Məscidin divarına şəkil yapışdırmağa icazə varmı?

    11.12.2015
Sual: 
mescidin divarinda sekil yapisdirmaq olarmi?
Cavab: 

Salam aleykum. Məscidin divarlarına şəkil yapışdırmaq olmaz.Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan edib.
Ummu Həbibə və Ummu Sələmə (Allah onlardan razı olsun) Həbəşistandakı kilsədə şəkillər olduğunu Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) bildirdikdə, o dedi: "Onlar elə kimsələrdir ki, içərilərindən əməlisaleh bir kişi vəfat etdikdə, qəbrinin üstündə məscid tikər, içərisini də şəkillərlə bəzəyərdilər. Onlar Qiyamət günü Allah yanında məxluqatın pisi olacaqlar". (əl-Buxari, 427). İbadət yerlərini şəkillə bəzəmək xaçpərəstlərdən qalan bir şeydir. 

Teqlər: 
Paylaş: