"Dəyyus" nə deməkdir?

    26.12.2015
Kimdən: 
Resad
Sual: 
Salam aleykum Islam dininde Deyus ne demekdir zehmet olmasa cavablandirardiniz?
Cavab: 

Və aleykum Salam. Dəyyus - qeyrətsiz adama, himayəsində olan qadının qeyrətini çəkməyənə deyilir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsai, 5/80-81; əl-Hakim, 1/72).

Paylaş: