Səfər ayında hansısa qeyri-adi hadisə olubmu?

    19.01.2016
Kimdən: 
mehdi
Sual: 
sefer ayi nece aydir esimisemki bu ayda peygember s e s mujde veririr bunu ne ucun deyib
Cavab: 
Salam aleykum. Səfər ayı Ramazan, Məhərrəm, Rəcəb, Şəvval və digər aylar kimi bir aydır. Hicri təqvimin ikinci ayıdır. Bu ayda nəsə qeyri-adi bir hadisə haqda Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) heç bir hədis rəvayət olunmayıb. İslamdan qabaqkı cahiliyyət dövründə ərəblər çərşənbə gününü, habelə Səfər ayını uğuzsuz əlamət hesab edərdilər. Bunların və bunlara bənzər inancların hamısı batildir. Çünki hər bir işdə uğur və müvəffəqiyyət Uca Allahın əlindədir. Həmçinin oxuyun:
Bəd əlamətlərə inanmağın haram olması
Məhərrəm və Səfər aylarında toy etmək olarmı?
Teqlər: 
Paylaş: