Evdə şəkillər albomda bağlı haldadırsa, bu evə mələklər girir?

    31.01.2016
Sual: 
Salam aleykum va rahmatullahi.shekil albomumuz dolabda baqli veziyyetdedir.eshitdiyimize gore shekil olan eve melekler girmez bu hala aiddirmi? ALLAH elminize bereket versin.
Cavab: 

Və aleykum Salam və rahmətullah. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Cəbrail mənim yanıma gələrək dedi: "Dünən gecə sənin yanına gəldim. Evə daxil olmağım üçün qapının üzərindəki heykəldən, otaqdakı naxışlı pərdədən və itdən başqa heç nə mane olmadı. Buna görə də evdəki heykəlin başının sındırılmasını əmr et. Onda bir ağac şəklinə düşər. Sonra naxışlı pərdənin kəsilməsini əmr et. Ondan dirsəklənmək və üzərində oturmaq üçün iki döşəkcə düzəldilsin. İtin də evdən çıxarılmasını əmr et". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunları etdi. Həsən və ya Huseynin iti onların çarpayılarının altında idi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onun çıxardılmasını əmr etdi". (Əbu Davud, 4160). Hədisdə üzərində heyvan və ya insan surəti olan şəkillər nəzərdə tutulur. Mələklər şəkil açıqda olan evə girmirlər. Bu sizin dediyiniz hala aid deyil.

Paylaş: