Üzərində heyvan şəkli olan köynək geyinmək olar?

    02.02.2014
Sual: 
Salam aleykum. Üzərinde yazılı ve ya heyvan şəkilləri olan köynək geyinmək günah deyil?
Cavab: 

Aleykum salam. İlk öncə xatırladaq ki, bəzən paltarlarda əcnəbi dildə olan yazılarda hansısa batil bir dinin təbliğatı ilə bağlı cümlələr yazılır. Bu cür yazılar yazılan paltarları geyinmək olmaz. Əgər heyvanın surəti tam olaraq gözləri ilə birgə paltarın üzərində əks olunmuşdursa, belə paltarı geyinməkdən çəkinmək lazımdır. Əks halda olar. Ümumiyyətlə, mötəbər islam alimlərindən biri buyurmuşdur: "Şübhəli olan məsələləri tərk edib, şübhəli olmayan məsələlərlə məşğul olmaq sizin üçün daha xeyirlidir". 

Paylaş: