Bayram namazları hansılardır?

    02.02.2014
Sual: 
Salam aleykum. Hansi bayramlarda namaz var qilmaq uchun? Ve nece niyyet edilmelir?
Cavab: 

Aleykum salam. İslamda Ramazan və Qurban bayramlarında camaat şəkilində bayram namazı qılınır. Niyyət isə adi namazlar üçün olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (Ona və ailəsinə Alalhın salamı və salavatı olsun) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir..." (əl-Buxari, 1). Elə bir əməl yoxdur ki, həmin əməli etməkdə insanın niyyəti olmasın. Peyğəmbər heç bir ibadətdə niyyətini dil ilə tələffüz etməmişdir. Niyyəti dilə gətirmək Peyğəmbərdən sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq". (Muslim).

Paylaş: