Evlənən iki şəxsin iştirakı olmadan molla tərəfindən nikah bağlatdırmaq düzdürmü?

    16.02.2016
Sual: 
Salam. Nigah her iki shexsin olmadigi bir yerde molla terefinden qurula bilermi? Bir de ki, qizdan onun anasinin adini, nenesinin adinin ana terefden, anasinin soyadini oyrendiler, ki nigah qurulanda lazimdir, bu duzgundur? Men ele bilirdim bu ishde ata esasdir. Kishi suni, qadin ise shiedir. Mumkundurse etrafli melumet verin. Sag olun.
Cavab: 

Və aleykum Salam. Qadın tərəfdən vəli olmadan edilən nikah batildir. Ona görə nikahda evlənənlərdən qadın tərəfdən vəli, kişi tərəfdən isə kişinin özü iştirak etməlidir. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Adlarını çəkdiyiniz məzhəblər arası nikah icazəlidir. Qadınlar isə nə kişi, nə də qadın tərəfdən vəlilik edə bilməzlər. Bu məsələni kişilər həll edir. Qadının anasının, nənəsinin adını və soyadını öyrənməyin heç bir dini əsası yoxdur. Bu daha çox İslam yox, yəhudi adət-ənənələrinə bənzəyir. Daha ətraflı:
İslamda olünün ananın adıyla cağırılması nə dərəcədə düzgündür?

Teqlər: 
Paylaş: