Jelibon və suxari yemək haramdırmı?

    11.02.2016
Sual: 
Salam. Men dostlarımdan eşitmişem ki, jelibon ve suxarilerin terkibinde donuz piyi var... Amma uzerinde hec bir melumat yoxdu. Bunları yemek haram mı sayılır? Cox sag olun
Cavab: 
Və aleykum Salam. Jelibon, suxari və uşaqların maraq göstərdiyi digər məhsulların çoxu səhhətə zərər olduğuna görə onları yemək məsləhət görülmür. Tərkibində donuz piyinin olması qəti şəkildə bilinmirsə, hər deyilənə inanmaq olmaz. Həttə olsa belə, həmin donuz piyi formadan formaya keçdiyinə görə yox olmuş hesab olunur. Daha ətraflı: Qidalara qatılan qatqı maddələrinin hökmü nədir?
Paylaş: