Sünni ilə şiə evlənə bilərmi?

    08.03.2016
Sual: 
Suni ilə şiyə evlənə bilərlər?
Cavab: 

Və aleykum Salam. Sünni də, şiə də müsəlman sayıldıqlarına görə evlənə bilərlər. Amma ailə üzvləri bir-birini şirkdən, bidətdən çəkindirməli və haqqa dəvət etməlidirlər. Bu onların bir-biri üzərində olan haqlarıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090).
Digər hədisdə demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (ət-Tirmizi, 1085).
Daha ətraflı: Hansı məzhəb düzgündür?

Teqlər: 
Paylaş: