Ayaqyolunda Allahın adlarını çəkmək olar?

    25.02.2016
Sual: 
Salam.1.Mən tənhalığı sevirəm.Çünki insanlarla ünsiyyətdə olmağı sevmirəm.Ona görə ki,insanlar çox vaxt pis olurlar.Birdə deyirlər ki tənhalıq Allaha məxsusdu insan tək qala bilməz.İnsan tənhalığı xoşlaya bilməz.2.Duaların sözlərində müxtəliflik var.Bu nəylə bağlıdır və hansı düzdü.Məsələn ayətil-kürsidə,bismillah və bismilləh,amin və əmin.3.Mən bu sayıtda oxumuşdum ki üzü və qaşı almaq olmaz başqa məqalədə isə eləmək olduğunu gördüm.İndi mən bilmirəm bunu etmək olar.4.Allahın adını hamamda ayaqyolunda çəkmək olar və bu haqda fikirləşmək olar.5.Partlayıdıcı maddələr olar.6.Qonağı sevməmək düzgündür.7.Ad günü və toy yeməyini yemək olar.8.Azərbaycan bayramını etmək olar.8mart həmrəylik.Sağolun
Cavab: 

Və aleykum Salam.
1. Bu xasiyyətə bağlı olan haldır. Elə insan var ki, camaatın çox olmasını xoşlayır, elələri də var ki, sizin kimi tənhalığı xoşlayır. 
2. Əsl olan "Bismilləh" və "Əmin" deyilməsidir. Yəni, ərəb dilində belə oxunur. Digər oxunuşlar dəqiq olmasa da keçərlidir.

3. Qaşlar həddindən artıq çox olarsa və dəhşətli dərəcədə eybəcərliyə səbəb olarsa, bir qədər düzəliş etmək icazəlidir. Məsələn, qaşların arası bitişdikdə, həddən artıq çox olaraq görməyə maneçilik törətdikdə. Həmçinin, oxuyun: Üz və qaş tüklərini aldırmaq olarmı? 
4. Ayaqyolunda nəyinki Allahın adını çəkmək olmaz, hətta ehtiyac olmadan heç danışmaq olmaz.
5. Partlayıcı düzəltmək yalnız dövlətin müdafiə sisteminə aiddir. Bunu fərdi adamların düzətməsi düzgün hal deyil və belə şeyləri dövlətin icazəsi olmadan düzəltmək terrorçuların xislətidir.
6. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim Allaha və Axi­rət gününə inanırsa, qonşusu ilə yaxşı rəftar etsin! Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın! Kim Allaha və Axirət gününə inanırsa, ya xe­yir danışsın, ya da sussun!" (Səhih Muslim, 176). Ona görə müsəlmanın üzərinə düşən haqq qonağına qarşı mülayim və səbirlə davranmasıdır. Lakin, gərək qonaq da özünü əxlaqlı aparsın və həddini aşmasın.
7. Ad günü və toy yeməyini yeməkdə qadağa yoxdur. Ad günündə olan qida məhsullarını həmin məclisdə oturmamaq şərtilə başqa yerdə oturub yemək olar.
8. Bizim dövlətin özünün xüsusi bayramları vardır. Bunlardan, Konstitusiya, Bayraq günü, Milli Ordu günü və s. misal çəkmək olar. Lakin, 8 mart qeyri-müsəlmanların bayramıdır və guya qadınlara dəyər vermə günüdür. Bu da ildə bir gündür. Halbuki, İslam qadınlara dəyər verərək gündəlik yaşayışımızda onları üstün tutmağı bizə buyurur. 
Paylaş: